19 yanvar 2024 at 19:19
Jurnalist kodu: 5487
Xəbər kodu: 85359078
T T
0 Persons
Qrossinin çağırışlarının heç bir hüquqi əsası yoxdur - Onun mövqeləri agentliyin etibarına xələl gətirir

Tehran - İRNA - Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib: “Təəssüf ki, cənab Qrossi Hərtərəfli Mühafizə Sazişində nəzərdə tutulan qaydaları nəzərə almadan ümumilikdə ABŞ və üç Avropa hökuməti tərəfindən irəli sürülən tələbləri çağırış etməyə çalışır. Bundan əlavə, bu tip tələblər İranın öhdəliklərindən tamamilə kənardır.”

Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani İRNA-nın xarici siyasət sahəsi üzrə müxbirinin Beynəlxalq Atom Enerjisi Agentliyinin Baş direktoru Rafael Qrossinin mətbuatda təkrarlanan açıqlamaları, o cümlədən bəzi beynəlxalq görüşlər zamanı İranın Agentliyə qarşı cəza rəftarına dair ifadələri ilə bağlı sualının cavabında deyib: “İran İslam Respublikası ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasındakı əlaqələr lazımi öhdəliklərə və konkret olaraq Hərtərəfli Mühafizə Sazişinə əsaslanır. Ona görə də cənab Qrossi yaxşı bilir ki, agentliyin üzvlərdən gözləntiləri onların öhdəlikləri çərçivəsində yerinə yetirilməlidir və ondan kənar tələblərin heç bir hüquqi əsası yoxdur.”

Kənani əlavə edib: Təəssüf ki, cənab Qrossi Hərtərəfli Mühafizə Sazişində açıq-aşkar bəyan edilmiş qaydalara məhəl qoymadan ümumilikdə ABŞ və üç Avropa hökuməti tərəfindən irəli sürülən tələbləri çağırış etməyə çalışır. Bundan əlavə, bu tip tələblər İranın öhdəliklərindən tamamilə kənardır. Baş direktor tərəfindən bu mövqenin davam etdirilməsi agentliyin etibarına xələl gətirəcək və bütün öhdəliklərinə əməl edən üzv dövlətlə qarşılıqlı əlaqələrdə konstruktiv deyil.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .