İRNA-nın Fələstinin “Səma” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İslami Cihad Hərəkatı öz bəyanatında qeyd edib ki, bu qərar təəccüblü deyil, baxmayaraq ki, heç bir dəyəri yoxdur və bu hərəkət sionist rejimə tam və açıq dəstəkdir.
İslami Cihad Hərəkatının bəyanatının davamında vurğulanır: “Avropanın bu qərarı onların millətimizə qarşı törətdikləri soyqırımın siyasi örtüyüdür. Bu hərəkət, avropalıların Qəzzə zolağına hücumda sionistlərə verdiyi hərbi dəstək və məlumatdan əlavədir və onlar öz xalqlarının bu müharibəni dərhal dayandırmaq tələbinə məhəl qoymurlar.”
Sizin rəyiniz