İRNA-nın bazar ertəsi “Əl-Məsirə” telekanalına istinadən verdiyi xəbərə görə, Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi Yəhya Sərii bu əməliyyat barədə açıqlama verərək deyib: “Yəmən Hərbi Dəniz Qüvvələri Ədən körfəzində Amerikaya məxsus "OCEAN JAZZ" hərbi yük gəmisinə qarşı uyğun dəniz raketləri ilə hərbi əməliyyat keçirdi.”
“Amerika və İngiltərənin hücumlarına qaçılmaz cavab vardır və istənilən yeni hücum cəzasız qalmayacaq” - deyə, Y. Sərii vurğulayıb.
Mətbuat katibi əlavə edib: “Qəzzaya qarşı təcavüz bitənə və Qəzzanın mühasirəsi aradan qaldırılana qədər İsrailə aid və ya İsraillə əlaqəli gəmilərin işğal olunmuş Fələstinin limanlarına hərəkətinin qarşısını almağa davam edəcəyik.”
Sizin rəyiniz