İRNA-nın çərşənbə axşamı TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Lavrov və türkiyəli həmkarı Hakan Fidan BMT-nin iclası çərçivəsində Yaxın Şərqdə və Cənubi Qafqazda mövcud vəziyyətin həlli üçün zəruri tədbirlərin əlaqələndirilməsinin vacibliyini vurğulayıblar.
Rusiya XİN-nin bəyanatında əlavə olunur ki, tərəflər Rusiya və Türkiyənin enerji sahəsində əsas layihələrinin həyata keçirilməsini və ikitərəfli təmasların qrafikini də müzakirə ediblər.
Bildirilir ki, bu danışıqların əsas məqamlarından biri də Yaxın Şərqdəki hazırkı gərginliyə, xüsusən də Qəzza zolağı, Suriya, Qara dəniz və Cənubi Qafqaz regionunda vəziyyətin həlli yollarının tapılması olub.
Sizin rəyiniz