İkincisi, doğrudur ki, Fələstində çox çətin vəziyyətimiz var, ağrı və iztirab böyükdür, xüsusilə Qəzza əhalisi çox ağır bədəl ödəyir. Amma sonda bu torpaqda yaşamaq bizim təqdirimizdir.
“Bu torpaq qorunur” və Allah bizi Məscidül-Əqsanı qorumaq üçün seçmişdir ki, bu işi müdafiə edək. Hər bir iranlının, hər pakistanlının, hər ərəbin, hər amerikalının və dünyadakı hər azad insanın işidir. Rəbbimiz Sübhan və Təala bu vasitə ilə dünyanın qəlblərini işıqlandırmağı təqdir etmişdir və buna təlaş etmək üçün bizi seçdi. Allahın lütfü ilə bu məsələdə ictimai rəyin maarifləndirilməsini və bu vəzifənin həyata keçirmək üçün ayağa qalxa bilməyimizi arzu edirik.
Bu, ağır baha tələb edən bir işdir. Bu baha bizim sevdiklərimiz, təqdirlərimiz və gündəlik həyatımız və vərdişlərimizin dəyişməsidir. Lakin bu hədsiz baha və bədələ baxmayaraq, məqsəd böyük bir məqsəddir. Mən həmişə deyirəm ki, böyük məqsədlər böyük xərclərə başa gəlir.
Bu gün İsrailin əsl siması üzə çıxıb, ona görə də dünya xalqları Fələstinlə həmrəylik nümayiş etdirir. Bunun mənası odur ki, inşallah, inşallah, inşallah, bu, real dəyişikliklərin və Qüdsün azadlığının başlanğıcı olacaqdır.
Bu azadlıq bir ildən sonra, iki ildən sonra ola bilər. Kaş ki, azadlıq anında həyatda olaq. İnşallah, bütün Ərəb və İslam xalqı və bu gün Fələstin xalqının haqlarını və məzlumluğunu müdafiə edən bütün azad insanlarla birlikdə.
Sizin rəyiniz