İRNA-nın şənbə günü Fələstin Əl-Yəvm-ə istinadən verdiyi xəbərə görə, sionist rejim qırıcıları Qəzzə zolağının cənubundakı Rəfahın şərqində yaşayış evini bombalayıblar.
Rəfahın şərqində Əl-Cəninə məhəlləsində Avad Qülləsi yaxınlığında bir evin bombalanması nəticəsində azı 3 nəfər şəhid olub, bir neçə nəfər yaralanıb. Bir neçə Fələstin vətəndaşı da bu evin bombalanması zamanı itkin düşüb və dağıntılar altında qalıb və onların tapılması üçün axtarış əməliyyatları davam edir.
Xəbər mənbələri həmçinin sionist ordusunun Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinə ağır artilleriya hücumları təşkil etdiyini bildirib.
Qəzzanın Səhiyyə Nazirliyi dünən (cümə) son statistik məlumatında bildirib ki, sionist işğalçı qüvvələr son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində 19 qətliam törədib və nəticədə 183 fələstinli şəhid olub.
Sizin rəyiniz