İRNA-nın məlumatına görə, Seyid Əbdülməlik əl-Husi cümə axşamı günü etdiyi çıxışında bildirib ki, işğalçı rejim Qəzzada soyqırımla başlayan ən dəhşətli cinayətləri törətməyə davam edir.
O əlavə edib: “Düşmən həyasızcasına bütün xəstəxanaları hərbi hədəf kimi elan edir ki, bu da onun mənəvi və siyasi iflasını göstərir”.
Seyid əl-Husi davam etdi: Dünya Qəzza əhalisinin dəhşətli iztirablarına, dərman və hətta oksigen kapsullarından məhrum olmasına susur və sadəcə olaraq tamaşa edir.
Ənsarullah hərəkatının lideri işarə edib ki, işğalçılar Qəzzada Amerika, İngiltərə və Almaniya güllələri və raketləri ilə uşaq və qadınları qətlə yetirirlər.
Sizin rəyiniz