İRNA-nın məlumatına görə, Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan bu telefon danışığında digər ölkələr və beynəlxalq təşkilatların rəsmiləri ilə son təmasları və görüşlərinə toxunaraq, sionist rejimin Qəzzanın müdafiəsiz əhalisinə qarşı cinayətlərinin dərhal dayandırılmasını bütün regionda sabitlik və sülhün bərqərar olmasının açarı adlandırıb.
İsmayıl Həniyyə də Fələstin xalqı və müqavimət qruplarının Qəzza zolağı və İordan çayının qərb sahilində təsvirolunmaz müqaviməti, sionist rejimin Qəzza zolağına qarşı cinayətlərinin dayandırılması və əsirlərin dəyişdirilməsi üçün təklif edilən siyasi təşəbbüslərlə bağlı məlumat verərək vurğulayıb: “Müqavimət qrupları birliklərini qoruyub saxlamaqla, yalnız Fələstin xalqının ali maraqları təmin olunarsa, təklif olunan təşəbbüsləri nəzərdən keçirəcəklər.”
Sizin rəyiniz