2 fevral 2024 at 12:08
Jurnalist kodu: 5487
Xəbər kodu: 85373668
T T
0 Persons
Amerikalılar Vaşinqtonun sionist rejimin Qəzzadakı cinayətlərinə verdiyi dəstəyə görə etiraz aksiyası keçirdi

Tehran - İRNA - Vaşinqtonda amerikalı nümayişçilər sionist rejimin Qəzzada törətdiyi cinayətlərə Vaşinqtonun dəstək verməsinə etiraz olaraq cümə axşamı (yerli vaxtla) səhər saatlarında ABŞ Konqresinin binası yaxınlığındakı küçələri bağlayıblar və  Fələstindəki müharibənin dərhal dayandırılmasını tələb ediblər.

İRNA-nın “D National News” saytına istinadən verdiyi məlumatına görə, ABŞ-ın sionist rejimə dəstəyinə son qoyulmasına çağırış edən plakatlar daşıyan nümayişçilər Qəzzada dərhal atəşkəs tələb ediblər.

Şəhərin əsas nəqliyyat qovşağı olan və nümayişçilərin əvvəlcə toplaşdığı, sonra isə nümayiş keçirdikləri Union Station qarşısına çoxlu polis qüvvələri yeridilib və barrikadalar qurulub.

Sizin rəyiniz

You are replying to: .