İRNA-nın məlumatına görə, Ayətullah Seyid İbrahim Rəisi bazar ertəsi günorta saatlarında Sudanın Xarici İşlər naziri vəzifəsini icra edən Əli Sadiq Əli ilə görüşündə İran İslam Respublikasının Sudanda güclü hökumətin qurulmasına və bu ölkənin ərazi bütövlüyünə verdiyi dəstəyə toxunaraq, Sudanın Tehran-Xartum əlaqələrinin bərpası istəyini alqışlayıb, bunu itirilmiş imkanların kompensasiyası və yeni imkanların yaradılması üçün əsas hesab edib.
Bu görüşdə Prezident həmçinin siyasi, iqtisadi və mədəni əlaqələri inkişaf etdirmək üçün iki ölkədə mövcud imkanlara və rəsmilərin qarşılıqlı iradəsinə toxunub, səfir mübadiləsini, Tehran və Xartumda səfirliklərin açılmasını iki ölkə arasında əlaqələrin canlanması və inkişafı üçün əlverişli zəmin adlandırıb.
Ayətullah Rəisi həmçinin regionda baş verən son hadisələrə toxunub, ölkələri sionist rejimdən uzaqlaşdırmağı İran İslam Respublikasının əsas siyasətlərindən biri olduğunu vurğulayaraq deyib: “Bəzi İslam ölkələrinin İran İslam Respublikasının bu əsaslı siyasətinə etinasız yanaşması İslam ümmətinin ağır ziyanlarına səbəb olub.”
Rəisi: Bəzi ölkələrin İsrailə yaxınlaşması onların xalqına ziyan vurub
5 fevral 2024 at 20:17
Xəbər kodu:
85377949
Tehran - İRNA - Prezident ölkələrin sionist rejimdən uzaqlaşdırılmasını İran İslam Respublikasının əsas siyasətlərindən biri hesab edərək deyib: “Bəzi İslam ölkələrinin bu siyasətə etinasız yanaşması İslam ümmətinə böyük ziyanlar vurub.”
Sizin rəyiniz