Vasili Nebenzya İsrail rejiminin Qəzzada apardığı əməliyyatlara və hərəkətlərə diqqət çəkərək əlavə edib: “Bu tendensiya daha çox ölkələrin bu məsələ ilə bağlı öz mövqelərini və münasibətlərini yenidən nəzərdən keçirməsinə səbəb olub.”
TASS-ın məlumatına görə, Nebenzya deyib: “BMT Təhlükəsizlik Şurasının amerikalılardan başqa bütün üzvləri bu məsələ ilə bağlı yekdil fikirdədilər ki, humanitar yardımın çatdırılması, sionist əsirlərin azad edilməsi və Fələstin-İsrail münaqişəsinin siyasi həllini təmin etmək üçün dərhal atəşkəsdən başqa alternativ yoxdur.”
“BMT Təhlükəsizlik Şurasının (Qəzza müharibəsini bitirmək üçün) atəşkəs istiqamətində göstərdiyi bütün səylər birtərəfli olaraq ABŞ tərəfindən bloklanıb və dayandırılıb. Bu, ABŞ-ın Təhlükəsizlik Şurasında fələstinlilərlə bağlı tək qaldığını və təcrid olduğunu qaldığını göstərir” - deyə, Nebenzya qeyd edib.
Sizin rəyiniz