13 fevral 2024 at 16:25
Jurnalist kodu: 5556
Xəbər kodu: 85385895
T T
0 Persons
İordan çayının qərb sahilində oktyabrın 7-dən bəri 7 min fələstinli həbs edilib

Tehran - İRNA - Bu gün (çərşənbə axşamı) xəbər mənbələri oktyabrın 7-dən indiyədək İordan çayının qərb sahilində məhbusların son statistikasını dərc edib.


“Fələstinli Əsirlər Cəmiyyəti” elan edib ki, sionist rejim oktyabrın 7-də Əl-Əqsa tufanı əməliyyatının başlamasından bu yana İordan çayının qərb sahilində 7 mindən çox fələstinlini həbs edib.
Bu gün İordan çayının qərb sahilinin şimal-şərqinə basqın zamanı İsrail əsgərləri “Səbr” kəndindəki evi mühasirəyə alıb və hücum edərək onu yandırıblar.
Eyni zamanda yerli mənbələr işğalçı qüvvələrin bu kəndə hücumu zamanı 4 qardaşı həbs etdiyini açıqlayıb.
İsrail əsgərləri İordan çayının qərb sahilindəki Qalqiliyə şəhərinə basqın edərək bir fələstinli gənci də həbs ediblər.
Xəstəxana mənbələri rejim qüvvələrinin Qalqiliyədə açdığı atəş nəticəsində 20 yaşlı Məhəmməd Şərif Həsən Silminin də şəhid olduğunu bildirib.
Bu mənbələr əlavə ediblər ki, sionist rejim əsgərləri təcili yardımın bu yaralı fələstinli gəncə çatmasına mane olub və bu, onun şəhadətinə səbəb olub. İşğalçı əsgərlər bu gənci sinəsindən və başından hədəfə alaraq öldürüblər.

0 Persons

Sizin rəyiniz

You are replying to: .