AZƏRTAC-ın məlumatına görə, andiçmə mərasimində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Konstitusiya Məhkəməsinin hakimləri ölkədə keçirilən prezident seçkilərinin nəticələrini təsdiq ediblər.
İlham Əliyevin andiçmə mərasimi Konstitusiya Məhkəməsində seçkilərin nəticələrinin təsdiqindən bir gün sonra, bu çərşənbə günü səhər saatlarında Azərbaycan Milli Məclisində keçirilib.
Mərasimdə İlham Əliyev əlini Azərbaycan Respublikası Konstitusiyası, həmçinin Qurani-kərimin üzərinə qoyub və andiçmə mətnini oxumaqla rəsmən Azərbaycan Respublikasının Prezidenti elan edilib.
Bu ölkə Prezidentinin sərəncamı ilə növbədənkənar prezident seçkiləri nəzərdə tutulan tarixdən bir il tez keçirilib, seçki rəqabətlərində İlham Əliyev 92 faiz səs qazanaraq prezident postunda qalıb.
Sizin rəyiniz