14 fevral 2024 at 17:08
Jurnalist kodu: 5487
Xəbər kodu: 85387047
T T
0 Persons
Yəmən: İsrail rejiminin gəmilərinin Qırmızı dənizdə hərəkəti sıfıra düşüb

Tehran - İRNA - Yəmən Qurtuluş Hökumətinin mətbuat katibi bildirib ki, bu ölkənin donanması sionist rejim gəmilərinin Qırmızı dənizdə hərəkətinin qarşısını ala və onun miqdarını sıfıra endirə bildi.

Zeyfullah əş-Şami Sənada keçirdiyi mətbuat konfransında vurğulayıb: “Yəmən Silahlı Qüvvələrinin Ərəbistan dənizi və Qırmızı dənizdəki əməliyyatları yalnız İsrail gəmilərini və ya bu rejimlə əlaqəli olan gəmiləri, həmçinin Amerika və İngiltərə gəmilərini hədəfə alır.”

Sionist rejimin Qəzzaya hücumundan bəri Yəmən Hərbi Dəniz Qüvvələri tərəfindən 34 əməliyyatın həyata keçirildiyini bildirən mətbuat katibi, bu əməliyyatlar zamanı 17 İsrail gəmisi, 14 Amerika gəmisi və 3 İngiltərə gəmisinin hədəfə alındığını qeyd edib.

Əş-Şami deyib: “Amerika və İngiltərə İsrail rejiminin gəmilərini qorumaq üçün Qırmızı dənizi hərbiləşdirir və beynəlxalq gəmiçiliyi təhlükə altına alır.”

Yəmən Qurtuluş Hökumətinin sözçüsü ABŞ və İngiltərənin Yəmənə davamlı hücumlarını pisləyərək deyib: “Bu hücumlar Yəmənin milli suverenliyinin pozulması, beynəlxalq qanunların və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin pozulması və dünya sülhünə təhdid deməkdir.”

BƏƏ muzdlu döyüşçülər axtarır

Əş-Şami açıqlamasının digər hissəsində deyib: “Yəmən xalqı Qəzzaya dəstək mövqeyini seçdikdən sonra düşmənlər tərəfindən həyata keçirilən hədə-qorxu və təhdid əməliyyatı məğlub olmuşdur.”

Mətbuat katibi deyib: “Sananın əlində olan məlumatlar göstərir ki, BƏƏ Oman dənizi və Qırmızı dənizdəki gəmiləri hədəf almaq üçün muzdlular işə götürmək, beləliklə, dünya ictimai rəyini Yəmən Silahlı Qüvvələri ilə bağlı təşvişə salmaq niyyətindədir.

Onun sözlərinə görə, Amerika və İngiltərə hərbi qüvvələrinin Yəmənə qarşı təşkil etdiyi hücumların və atılmış raketlərin ümumi sayı 403-ə çatıb ki, onlardan 203-ü hava hücumları vasitəsilə həyata keçirilib.

Amerika və İsrail şirkətlərinin bağlanması

Yəmən Qurtuluş Hökumətinin mətbuat katibi əlavə edib: “Yəmən Qurtuluş Hökumətinin Sənaye və Ticarət Nazirliyi sionist rejimi dəstəkləyən Amerika şirkətlərinə bağlı 354 nümayəndəliyin lisenziyası ləğv edib, 12 şirkət, 23 filial və 3227 Amerika və sionist rejim ticarət nişanının fəaliyyətini dayandırıb.”

Əş-Şami ərəb və müsəlman xalqlarını, eləcə də dünyanın azad insanlarını sionist düşmən və Amerikanı iqtisadi boykot etmək kampaniyasına qoşulmağa çağırıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .