Höccətül-islam vəl-müslimin Qulamhüseyn Möhsini Ejeyi Bağdaddakı iqamətgahında İraqın Milli Təhlükəsizlik müşaviri Qasim əl-Ərəci” ilə görüşüb və müzakirə aparıb.
Görüşdə Məhkəmə Sisteminin sədri İran və İraqın düşmənləri və bədxahlarının iki ölkənin təhlükəsizlik razılaşmalarının yerinə yetirilməməsini istədiyini bəyan edərək deyib: “Ümid edirik ki, iki ölkə arasında bağlanmış təhlükəsizlik sazişlərinin həyata keçirilməsinə və tam icra edilməsinə diqqət yetirəcəksiniz.”
Ejeyi bildirib: “İran İslam Respublikası indiyədək terrorçularla bağlı sənədlərin əhəmiyyətli bir hissəsini İraqın hökumət orqanlarına təhvil verib və bu səfər zamanı da sözügedən sənədlərin daha bir hissəsi İraq Ali Məhkəmə Şurasının sədri cənab Faiq Zeydana çatdırıldı. Digər sənədlər də lazım olarsa, ən qısa zamanda İraq hakimiyyətinə çatdırılacaq.”
Sizin rəyiniz