General-mayor Məhəmmədrza Aştiyani şənbə günü (17 fevral) ölkənin müdafiə şəbəkələrinə yeni sistemlərin təqdimat mərasimində deyib: “Müdafiə Nazirliyi ölkənin müdafiə qabiliyyəti istiqamətində və söz verdiyimiz açılışların davamında bütün səylərini müdafiə sahələrinin ehtiyaclarını təmin etməyə, silahlı qüvvələrin texnika və avadanlıqlarına dəstək verməyə yönəldib. Bu gün biz müdafiə sənayesinin daha iki böyük nailiyyətinin açılışının şahidiyik.”
Müdafiə naziri əlavə edib: “Uca məqamlı şəhid Arman Əliverdinin xatirəsi ilə bu gün açılışı olan Şəhid Arman Sistemi tam mənada əməliyyat sistemi olaraq orta məsafə və yüksək hündürlüyə malikdir, 180 km məsafədəki hədəfləri müəyyən edə və 120 km məsafədə onlarla qarşılaşa və məhv edə bilir.”
General-mayor Aştiyani vurğulayıb: “Bu sistem çox çevikdir, 3 dəqiqədən az müddətdə əməliyyata hazır olur və ölkənin hava məkanını qorumaq üçün etibarlı örtük təmin edir.”
Sizin rəyiniz