Livan Hizbullahı işğal altındakı Kfər Şuba təpələrində Əl-Samaqa bazasını bir neçə raketlə hədəfə alıb.
Bununla bağlı Livan Hizbullahı da yaydığı bəyanatda bildirib: “Barnit kazarmasını “Fələq-1” raketləri ilə hədəfə aldıq və bu hücumda nəzərdə tutulan hədəflər dəqiq və birbaşa vuruldu.”
Sionist ordusu da Livanın cənubundakı Kfər Hamam və Raşiya əl-Fəxxar qəsəbələrini artilleriya hücumları ilə hədəfə alıb.
Ötən bir neçə ayda Livan Hizbullahı sionist rejimin Qəzza zolağında törətdiyi dəhşətli cinayətləri və bu bölgədə fələstinlilərin soyqırım edilməsinin ardınca işğal olunmuş ərazilərin şimalında sionist rejimin hərbi mövqelərini hədəfə alıb. Bu mövzu qəsəbələrdə yaşayan mühacir sionistlərin qorxusuna səbəb olub.
İndiyədək on minlərlə sionist müqavimət qüvvələrinin hücumlarından qorxaraq Livan sərhədləri yaxınlığındakı qəsəbələri tərk edib.
Sizin rəyiniz