19 fevral 2024 at 09:28
Jurnalist kodu: 5487
Xəbər kodu: 85391257
T T
0 Persons

Tags

Üsamə Həmdan İranda: Media müharibəsinin əhəmiyyəti döyüş meydanından az deyil

Tehran - İRNA - HƏMAS Siyasi Ofisinin yüksək vəzifəli üzvü deyib: “Media fəaliyyəti sionist rejimlə mübarizəmizin bir hissəsidir və media müharibəsinin əhəmiyyəti meydandakı müharibənin əhəmiyyətindən az deyil.”

Bu gün 18 fevral bazar günü “24-cü İran Media Sərgisi”nin açılış mərasimində çıxış edən Üsamə Həmdan deyib: “Fələstin və Qəzza əhalisinin və mübarizlərinin salamlarını sizə çatdırıram. Sionist rejimin təcavüzü başlayandan bu yana Fələstində sayı 120 nəfərdən çox olan media şəhidlərinin xatirəsini anıram.”

HƏMAS Siyasi Ofisinin yüksək vəzifəli üzvü əlavə edib: “Keçmişdən bu günə qədər medianın mühüm rol oynadığı şübhəsizdir. Media fəaliyyəti sionist rejimlə mübarizəmizin bir hissəsidir. Media müharibəsinin əhəmiyyəti meydandakı müharibənin əhəmiyyətindən az deyil. Bu səbəbdən də düşmən jurnalistləri hədəfə alır.”

Həmdan Əl-Əqsa Tufanı döyüşündə medianın mühüm rol oynadığını vurğulayaraq deyib: “Bu gün cəmiyyətlərdə və açıqlama cihadında fədakarlıq və müqavimət mədəniyyəti və ruhunun formalaşmasında media əsas rol oynayır.”

“Media gücü KİV-lər qarşısında böyük məsuliyyət yaradıb. O da budur ki, onlar müsəlman ümmətinə münasibətdə dürüst olmalıdır” - deyə, Üsamə qeyd edib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .