İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Əlirza Təngsiri Şəhid Süleymani sinfindən olan “Şəhid Baqiri” və “Səyyad Şirazi” kreyserlərinin SEPAH Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi mərasimində deyib: Hər biri 67 metr uzunluğunda olan bu 2 kreyser İran İslam İnqilabı Keşikçiləri Korpusunun Dəniz Qüvvələri tərəfindən istehsal olunan və tam dizaynı ölkə daxilində həyata keçirilən ilk uzun gəmilərdir.
Admiral Təngsiri əlavə edib: Bu gəmilər müvafiq olaraq uzun və orta mənzilli Səyyad və Nəvvab hava hücumundan müdafiə raketləri ilə təchiz olunub.
Sizin rəyiniz