Qətər Xarici İşlər Nazirliyi bununla bağlı yaydığı bəyanatda bildirib: “Doha Əlcəzairin Ərəb Qrupu adından Təhlükəsizlik Şurasına təqdim etdiyi və Qəzza zolağında dərhal atəşkəs elan edilməsinə çağırdığı qətnamə layihəsinə yaradılan maneəyə görə dərin təəssüfünü ifadə edir.”
Qətər Xarici İşlər Nazirliyi vurğulayıb ki, Qəzzaya qarşı vəhşicəsinə və davamlı hücumlar zaman-zaman sionist rejimin Fələstin xalqına, xüsusən də uşaqlara və qadınlara qarşı mütəşəkkil hərbi cinayətləri ilə bağlı beynəlxalq ictimaiyyətin ikili standartları və fərqli mövqelərini, habelə beynəlxalq ictimaiyyətin Qəzza zolağındakı faciəli humanitar vəziyyətə biganəliyini ortaya qoyur.
Sizin rəyiniz