22 fevral 2024 at 10:18
Jurnalist kodu: 5487
Xəbər kodu: 85395047
T T
0 Persons

Tags

Sionist rejim Hizbullahın raket gücünü və Əl-Matlaya vurduğu ziyanı etiraf edib

Tehran - İRNA - Livanın islami müqaviməti işğal olunmuş Fələstinə hücumlarını günü-gündən artırır və onlara ölümcül zərbələr endirir. Belə ki, sionist rejimin mediaları bunu etiraf edir.

Sionist rejim mediaları Hizbullahın işğal olunmuş torpaqlara ağır raket hücumlarının vurduğu ziyandan söz açıblar.

“Maariv” bununla bağlı bildirib ki, Hizbullahın zireh əleyhinə raketi Livanla sərhəddə yerləşən Əl-Matlada zavoda düşüb və böyük ziyan vurub.

Bu sionist rejim mediası həmçinin etiraf edib ki, Hizbullahın bu qəsəbəyə hücumları nəticəsində qaz, su və elektrik şəbəkələrinə, bəzi şəhər avadanlıqlarına ciddi ziyan dəyib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .