HƏMAS-ın bəyanatında bildirilir: “Nasist sionist düşmən Qəzza zolağında dinc sakinlərin evlərini bombalamağa davam edir və son hadisə cümə axşamı, axşam saatlarında Deyr əl-Bələh şəhərində yaşayış evlərini hədəf alan vəhşi bombardman oldu və bu hadisədə hamısı qadın, uşaq və mülki vətəndaş olan qırxa yaxın insan şəhid oldu.”
Bəyanatda əlavə edilir: “Bu hərəkət Qəzzada soyqırım və etnik təmizləmə müharibəsinin güclənməsi və işğalçı rejimin Beynəlxalq Ədalət Məhkəməsində ona qarşı şikayətinə əməli reaksiya göstərməsi mənası daşıyır. Bununla, bu rejimin beynəlxalq qanunlara, insani dəyərlərə əhəmiyyət verməyən üsyankar bir rejim olduğunu beynəlxalq ictimaiyyətə bəyan etmək istəyir.”
Sizin rəyiniz