Bu bəyanatda BMT məruzəçiləri beynəlxalq qanunların pozulması və Qəzzada günahsız insanlara qarşı bu silahlardan istifadə edilməsi səbəbindən sionist rejimə silah satışının dərhal dayandırılmasını tələb ediblər.
Bəyanatda vurğulanır: “İsrailə silah satışı, Qəzzada istifadə olunduğu və beynəlxalq hüququ pozduğu üçün dərhal dayandırılmalıdır.”
BMT məruzəçiləri bildiriblər: “Bütün ölkələr silahlı münaqişə tərəflərinin 1949-cu il Cenevrə Konvensiyalarına və beynəlxalq hüquqa uyğun olaraq beynəlxalq humanitar hüquqa hörmət etməsinə əmin olmalıdır.”
Sizin rəyiniz