26 fevral 2024 at 14:56
Jurnalist kodu: 5487
Xəbər kodu: 85398787
T T
0 Persons

Tags

Sionist rejim bu rejimin iqtisadiyyat nazirinin səudiyyəli həmkarı ilə görüşdüyünü iddia edib

Tehran - İRNA - Sionist rejimin İqtisadiyyat Nazirliyi iddia edib ki, bu rejimin iqtisadiyyat naziri səudiyyəli həmkarı ilə ayaqüstü görüş keçirib.

Sionist “The Times of Israel” qəzeti iddia edib ki, sionist rejimin iqtisadiyyat naziri Nir Barkat Səudiyyə Ərəbistanının ticarət naziri Məcid bin Abdullah Əl-Qəssabi ilə BƏƏ-də Ümumdünya Ticarət Təşkilatının nazirlər konfransı çərçivəsində görüşüb.

Sionist rejimin İqtisadiyyat Nazirliyi bəyanat yayaraq, bu rejimin iqtisadiyyat nazirinin səudiyyəli nazirlə əl sıxaraq ona vizit kartı verdiyini açıqlayıb.

Məlumata görə, işğalçı rejimin iqtisadiyyat naziri səudiyyəli həmkarına sülhü axtaran ölkələrlə ortaq məxrəcə gəlməkdə maraqlı olduğunu açıqlayıb.

Sizin rəyiniz

You are replying to: .