Əmir Abdullahiyan İsrailin Rəfahdakı hərbi əməliyyatının qarşısını almaq üçün İslam ölkələrini təcili tədbirlər görməyə çağırıb.

Cenevrə - İRNA - Xarici İşlər naziri deyib: “Netanyahunun Rəfaha geniş miqyaslı hərbi hücum təhlükəsi bu bölgəni böyük bir fəlakətlə üz-üzə qoyub. Odur ki, beynəlxalq ictimaiyyətin, o cümlədən İslam ölkələrinin təcili addım atması tam zəruridir.”

Ölkəmizin Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İsveçrənin Cenevrə şəhərində keçirilən BMT İnsan Hüquqları Şurasının 55-ci iclası çərçivəsində İndoneziyanın Xarici İşlər naziri Retno Marsudi və küveytli həmkarı Abdullah Əli əl-Yəhya ilə görüşüb və müzakirələr aparıb.

Əmir Abdullahiyan İndoneziyanın Xarici İşlər naziri ilə görüşdə bu görüşdən məmnunluğunu ifadə edərək, bu ölkədə keçirilən son seçkilər münasibətilə təbrik edib, İndoneziyanın son aylarda Fələstinə dəstək üçün göstərdiyi çox yaxşı səylərə toxunaraq, bu ölkəyə təşəkkür edib.

Ölkəmizin diplomatiyasının rəhbəri İslam ölkələrinin sionist rejimin fələstinlilərə qarşı soyqırımına son qoymaq üçün bu rejimə təzyiq göstərmək məqsədilə əllərində olan imkanlardan istifadə etmələrinin, o cümlədən sionist rejimlə iqtisadi və ticarət əməkdaşlığını kəsmələrinin vacibliyini vurğulayıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .