26 fevral 2024 at 21:06
Jurnalist kodu: 5561
Xəbər kodu: 85399140
T T
0 Persons

Tags

Hizbullahın 60 raketlə işğal altındakı Qolana ağır hücumu - Video

Tehran - İRNA - Livan Hizbullah Hərəkatı bu gün (bazar ertəsi) axşam saatlarında bildirib ki, işğalçı düşmənin bu ölkənin Bəəlbək şəhəri ətrafına hücumuna cavab olaraq sionist rejimin Nəfəhdəki Qolan briqadasının komanda qərargahını 60 katyuşa raketi ilə dəqiq hədəfə alıb.

İRNA-nın ərəb mətbuatına istinadən verdiyi məlumata görə, Livanın cənubundan işğal altındakı Fələstin torpaqlarının şimalındakı “İsba əl-Cəlil” bölgəsinə və həmçinin Suriyanın işğal altında olan Qolan bölgəsinə 60-a yaxın raket atılıb.

Sionist rejimə aid “Maariv” qəzeti Livandan Qolana atılan raketlərin sayının 40-dan çox olduğunu açıqlayıb.

Bəzi ivrit mənbələri də Qolandakı "Roisat Alam" hərbi bazasının hədəf alındığını bildirib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .