28 fevral 2024 at 10:59
Jurnalist kodu: 5487
Xəbər kodu: 85400977
T T
0 Persons

Tags

ABŞ Netanyahuya İordan Vadisindəki iqtisadi böhranla bağlı xəbərdarlıq edib

Tehran - İRNA - ABŞ-ın Maliyyə naziri sionist rejimin baş naziri Benyamin Netanyahuya İordan çayının qərb sahilindəki iqtisadi böhranın nəticələri barədə xəbərdarlıq edib.

Axios saytı xəbər verir ki, ABŞ-ın maliyyə naziri Canet Yellen məktub ünvanlayaraq Netanyahudan Fələstin iqtisadiyyatına dəstək üçün tədbirlər görməsini istəyib.

ABŞ Maliyyə naziri Netanyahuya xəbərdarlıq edib ki, İordan çayının qərb sahilindəki iqtisadi böhran İsrail üçün mənfi nəticələrə səbəb olacaq.

Bundan əvvəl Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Qəzza müharibəsinin Fələstin iqtisadiyyatının zəifləməsinə səbəb olduğunu bildirmişdi.

BVF direktoru Kristalina Georgiyeva deyib ki, müharibə Qəzza zolağı və İordan çayının qərb sahilinin iqtisadiyyatını zəiflədib və bu vəziyyəti yalnız regionda davamlı sülh yaxşılaşdıra bilər.

0 Persons

Sizin rəyiniz

You are replying to: .