Yəmən xalqının Qəzzada fələstinlilərə dəstək üçün izdihamlı yürüşü + VİDEO

Tehran – İRNA – Yəmən xalqı Qəzza zolağının məzlum fələstinlilərinə dəstək məqsədilə bu gün (cümə günü) səhər saatlarında “Səada” şəhərində “Siz tək deyilsiniz, Qəzzanın yanında möhkəm dayanmışıq” şüarı ilə izdihamlı yürüş keçiriblər.

Bu yürüşlə eyni vaxtda Səada vilayətinin digər şəhərlərində də daha 13 yürüş keçirilib və bu ölkənin yüz minlərlə vətəndaşı Fələstin və Yəmən bayraqlarını dalğalandıraraq məzlum Qəzza xalqı ilə həmrəy olduqlarını bildiriblər.

Bu yürüşlərdə iştirak edənlər sionist rejim və ABŞ əleyhinə şüarlar səsləndirərək, müsəlmanların və dünya azadlıqsevərlərinin məzlum Qəzza xalqına dəstəyini və sionist rejimin cinayətləri ilə müxalifət göstərməsini tələb ediblər.

Bu yürüş iştirakçıları öz bəyanatlarında ərəb və İslam xalqlarından Qəzza və Fələstin xalqına qarşı islami və mənəvi bir vəzifə olaraq Amerika mallarını, İsrail rejimi və onlara dəstək verən şirkətləri boykot etmələrini istəyiblər.

0 Persons

Sizin rəyiniz

You are replying to: .