4 mart 2024 at 13:19
Jurnalist kodu: 5487
Xəbər kodu: 85407664
T T
0 Persons

Tags

Sionist hərbçilərə qarşı qəhrəmancasına müqavimət əməliyyatı

Tehran - İRNA - Fələstin müqaviməti dünən axşam və bu gün (bazar ertəsi) səhər saatlarında Qəzza zolağının bir neçə bölgəsində sionist rejimin avtomobil və əsgərlərinin toplanışlarına qarşı bir neçə qəhrəmancasına əməliyyat keçirib və sionist düşmənin sıralarını ağır itkilərə məruz qoyub.

“Qüds”, “Əl-Əqsa”, “Mücahidlər” və “Əbu Əli Mustafa” batalyonlarının döyüşçüləri dünən gecənin son saatlarında və bu gün səhər saatlarında sionist rejim əsgərlərinin toplaşdıqları yeri qısa mənzilli raketlər və ağır minaatanlarla hədəfə alıblar.

Bu xəbərə əsasən, adı çəkilən batalyonların döyüşçüləri həmçinin Əz-Zeytun məhəlləsində və mərkəzi hissənin şərqindəki Əbu Mutəybiq bazası yaxınlığında sionist rejim ordusunun təchizat və dəstək xətlərini atəşə tutublar, sionist rejim ordusu ilə birbaşa qarşıdurmada düşməni canlı qüvvə və texnika itkilərə məruz qoyublar.

0 Persons

Sizin rəyiniz

You are replying to: .