Qallant sionist rejimin 98-ci diviziyasının komandanlıq mərkəzinin əsgərləri arasındakı çıxışında deyib: “Bizim niyyətimiz ilk növbədə HƏMAS hərəkatı ilə qarşılaşmaqdır. Bu hərəkat Qəzza zolağında hakim təşkilat ola bilməz, lakin bu məsələ zaman tələb edir.”
Sionist rejimin müharibə naziri bundan əvvəl Qəzzaya qarşı müharibənin işğalçı rejim ordusu üçün ağır itkilər verdiyini etiraf edib, digər tərəfdən sionist rejim ordusunun HƏMAS-ın ən həssas mövqelərinə daxil olduğunu iddia edərək deyib: “Hərbi əməliyyatların intensivləşməsi bizi (sionist) əsirlərin qaytarılması ilə bağlı real razılaşma əldə etməyə yaxınlaşdırır.”
Sizin rəyiniz