Livanın “Əl-Məyadin” telekanalının efirə buraxdığı verlişdə iraqlı müfti deyib ki, mən 12 dəfədən çox İran İslam İnqilabı Keşikçiləri Korpusu Qüds Qüvvələrinin komandanı şəhid Qasim Süleymani ilə görüşmüşəm.
O, əlavə edib: “Bu görüşlərdə biz əhli-sünnə və şiə müsəlmanların birgə ordusunu yaratmağa razılaşdıq.”
“Ümid edirəm ki, xüsusilə müqavimət mehvərli ölkələrdə müsəlmanlardan ibarət bir ordu formalaşacaq” - deyə, müfti bildirib.
O, həmçinin sionist rejimin Qəzza və Fələstinin müsəlman xalqına qarşı cinayətlərindən söz açaraq deyib: “Əgər Ərəb ölkələrinin birliyi olsaydı, sionist düşmən möhkəmlənə bilməzdi və Fələstin xalqına qarşı cinayətlərini davam etdirə bilməzdi.”
İraq müftisi general-leytenant Hacı Qasım Süleymani ilə görüşlərindən danışıb
4 mart 2024 at 20:33
Xəbər kodu:
85408146
Tehran - İRNA - İraq müftisi şəhid general Süleymani ilə görüşləri barədə danışarkən, İslam İnqilabı Keşikçiləri Korpusu Qüds Qüvvələrinin keçmiş komandanı, şəhid general-leytenant Hacı Qasım Süleymaninin müsəlmanların vahid ordu yaratmaq arzusunun gerçəkləşəcəyinə ümid etdiyini bildirib.
Sizin rəyiniz