İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani yerli vaxtla bazar ertəsi Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının ABŞ-ın Qəzzada atəşkəs elan edilməsinə dair qətnaməyə üçüncü dəfə veto qoymasına baxış iclasında Co Bayden hökumətinin anti-Fələstin siyasətlərinə etiraz olaraq bir Amerika hərbçisinin özünü yandırmasına işarə edərək deyib: Təəssüflə qeyd etmək lazımdır ki, Amerika Birləşmiş Ştatları faktlara göz yummaq qərarına gəlib və hətta qlobal çağırışlara məhəl qoymadan İsrail rejiminin davam edən soyqırımına utanmadan dəstək verib.
O əlavə edib: Keçən həftə Vaşinqtonda Aaron Buşnelin özünü yandırması dünya xalqlarının vicdanının fələstinlilərə qarşı zorakılıq nəticəsində necə ağır zərbə aldığını və Amerika xalqının öz hökmdarlarının siyasətlərindən necə utandığını göstərir.
Sizin rəyiniz