Sionist “The Times of Israel” qəzeti sionist əsirlərin ailələrinin Knessetin sağlamlıq komitəsinin qəbulunda olmasına işarə edərək yazıb: Əsirlərin ailələri Binyamin Netanyahu kabinetinin onlar üçün heç bir iş görmədiyini bildiriblər.
Bu sionist media əlavə edib: Əsirlərin ailələrindən bəziləri deyirlər ki, 151 gündən sonra indiyədək bir kabinet rəsmisi belə onlarla əlaqə saxlamayıb.
Sionist “The Times of Israel” qəzeti habelə sionist əsirlərin ailə üzvlərinin psixi və fiziki vəziyyətinin pisləşməsi və onlara edilən təzyiqlərdən xəbər verib və yazıb: Bazar ertəsi Knessetin iclasında ailə üzvlərinin açıqlamalarına, eləcə də mövcud məlumatlara görə, kabinetin, ordunun və qeyri-kommersiya təşkilatlarının hərəkətləri ailələrin fiziki və psixi sağlamlığını dəstəkləmək üçün kifayət etməmişdir.
Sionist əsirlərin ailələri Nazirlər Kabinetinin dəstək hərəkətlərini passiv, qeyri-mütəşəkkil və sərt adlandırıblar.
Sizin rəyiniz