Qəzza zolağında işğalçılara qarşı müqavimətin zərbələri - 24 saat ərzində Əl-Əqsa şəhidləri qrupu 12 əməliyyat keçirib

Tehran - İRNA - Fələstin müqavimət döyüşçüləri bu gün sionist rejimin zirehli transportyorunun məhv edildiyini və Qəzza zolağında son 24 saat ərzində bu rejim əsgərlərinə qarşı 12 əməliyyatın icra edildiyini bildiriblər.

Fələstin İslami Cihad hərəkatının hərbi qanadı olan “Sərəya əl-Qüds” taborları Qəzza şəhərinin Əz-Zeytun bölgəsində tank əleyhinə idarəolunan raketlərlə (TƏİR) sionist rejimin “Namer” tipli zirehli transportyorunu məhv etdiyini açıqlayıb.

Fəth hərəkatının hərbi qolu olan “Şuhəda Əl-Əqsa” batalyonları da bu gün yaydıqları bəyanatda bildiriblər: Mücahidlərimiz son 24 saat ərzində Qəzza zolağında qarşıdurma cəbhələrində 12 əməliyyat yerinə yetirib və çoxlu sayda düşmən qüvvəni öldürüb və ya yaralayıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .