6 mart 2024 at 18:52
Jurnalist kodu: 5561
Xəbər kodu: 85410573
T T
0 Persons
Seçki günlərində düşmənin mürəkkəb və kombinə edilmiş kiber əməliyyatları zərərsizləşdirilib - Seçkiləri pozmağa cəhd

Tehran - İRNA - Milli Kiberməkan Mərkəzi seçkilər zamanı düşmənin kompleks və birləşmiş kiber əməliyyatlarının zərərsizləşdirildiyini bildirib.

Milli Kiberməkan Mərkəzi elan edib: “Bu seçkidə İslami İranın zamanı tanıyan xalqı bir daha sübut ki, düşmənlərin təzyiqləri, sui-qəsdləri xalqla seçki qutusu arasında məsafənin yaranmasına heç bir təsir göstərməyib və göstərməyəcək.”

Mərkəz əlavə edib: “Seçkilər zamanı düşmən kiber sahədə kompleks və hibrid əməliyyat planlamışdı ki, bu da üç sahəni əhatə edirdi: şəbəkə, sistem və müşahidə. Bununla belə, ölkənin kibertəhlükəsizlik komandiri kimi Milli Kiberməkan Mərkəzinin sayıqlığı və ölkənin kibertəhlükəsizlik təminatçılarının seçkilər öncəsi vaxtında tədbir görməsi ilə əksər hallar zərərsizləşdirildi. Təbii ki, seçki günü düşmənin kiberhücumlarla seçki prosesini pozmaq cəhdlərinin də qarşısı alındı.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .