6 mart 2024 at 22:15
Jurnalist kodu: 5561
Xəbər kodu: 85410691
T T
0 Persons

Tags

Qəzza əhalisinə kömək üçün İrandan 10 min ton ərzaq və dərman göndərilib

Abadan - İRNA - Qızıl Aypara Cəmiyyətinin sədri deyib: “İndiyədək İran xalqı tərəfindən Fələstin xalqı və qaçqınlara kömək məqsədilə Qəzza zolağına 10 min ton ərzaq, dərman və yaşayış ləvazimatı göndərilib.”

Pirhüseyn Koleyvənd çərşənbə günü Qızıl Ayparanın 11 min könüllü üzvünün Nur və Ümid Yolçuları tədbirinin Xürrəmşəhrdə Şəhid Bakiri düşərgəsində keçirilən yekun mərasimində deyib: “İndiyədək Qəzzaya göndərilən yardımın yalnız 25%-i çatmışdır və bu yardımların 75%-i Misirdə məhv olmaq üzrədir. Qəsbkar sionist rejim humanitar yardımların daxil olmasına icazə vermir və ondan cəza rıçaqı kimi istifadə edir.”

O, əlavə edib: “Biz Beynəlxalq Baş Prokurorluğa məktub ünvanladıq və qəsbkar sionist rejimin beynəlxalq qanunları tamamilə pozmasına dair 90 növ cinayət işini lazımi sənədlərlə birlikdə göndərdik.

0 Persons

Sizin rəyiniz

You are replying to: .