Höccətül-İslam Vəl-Müslimin Qulamhüseyn Möhsüni Ejei bu gün (cümə axşamı) “Beynəlxalq hüquq baxımından Fələstinin işğalı və Qəzzada humanizm haqlarının pozulması” adlı beynəlxalq konqresdə deyib: Sionist rejimin cinayətləri beynəlxalq hüququn ümumi və şərti anlayışlarının heç bir tərif və məfhumuna sığmır və bu tip cinayətlər və soyqırımlar üçün yeni tərif və anlayış icad etmək lazımdır.
O əlavə edib: İslam ölkələrinin bu gün Fələstində baş verən hadisələrə cavab olaraq edə biləcəyi şey sionistlərlə əlaqələrini və ticarətini tamamilə kəsmək və beynəlxalq forum və təşkilatlarda sionist rejimə qarşı iddia və şikayətlər verməkdir. Bu gün bizim hamımızın və İslam ölkələrindəki bütün hüquqşünasların vəzifəsi daha ağırdır və bu gün sionistlərin Qəzzada törətdikləri cinayətlərə biganə qalsaq, nə Allah qarşısında, nə də tarix qarşısında cavab verə bilmərik.
Sizin rəyiniz