Rəhbərlik Ekspertlər Məclisinin üzvləri bu gün (cümə axşamı) səhər saatlarında İmam Xomeyninin (r) Hüseyniyyəsində İslam İnqilabının Ali Rəhbəri ilə görüşüblər.
Həzrət Ayətullah Xamenei İslam Respublikasının zorakılara qarşı müqavimət və mübarizəsinin məntiqini açıqlayaraq deyib: “İslam Respublikası qurulmazdan əvvəl dünyada yeganə cəbhə Qərb liberal demokratiyasına bağlı demokratiyaların cəbhəsi idi, amma İslam İnqilabının qələbəsi ilə islami xalq mehvərinə əsaslanan yeni cəbhə formalaşdı. Təbii ki, bu, Qərb demokratiyasının qarşısında dayanırdı.”
Ali Məqamlı Rəhbər deyib: “Bizim ölkələrlə, hökumətlərlə, xalqlarla özlüyündə heç bir münaqişəmiz yoxdur, biz Qərb demokratiyası cəbhəsinin batinində mövcud olan zülm və təcavüzə qarşıyıq.”
Həzrət Ayətullah Xamenei Qəzzada baş verən acı hadisələri, qadınların və uşaqların qəddarcasına və amansızcasına qətliam edilməsini, o torpaqların insanlarının mal və sərvətlərinin məhv edilməsini zorakılıq cəbhəsinin bir torpaq sahiblərinə qarşı zülm və təcavüzünün bariz nümunəsi adlandıraraq deyib: “İslam Respublikası əslində belə vəhşiliklərə və cinayətlərə qarşı çıxır. Bu kimi zülm və cinayətlər hər bir sağlam düşüncə, adət-ənənə, din və insan vicdanı tərəfindən pislənilməsinə baxmayaraq, Amerika, İngiltərə və bəzi Avropa ölkələri tərəfindən dəstəklənir.”
O, vurğulayıb: “Bu məsələ hamı üçün aydın və aşkar olmalıdır ki, zorakılıq cəbhəsi zülm, təcavüz və qırğını demokratiya, insan haqları və liberalizm adı altında gizlədib.”
İslam İnqilabının Ali Rəhbəri deyib: “Zorakılıqla mübarizə bayrağını hər gün daha genişləndirməli və yüksəklərə qaldırmalıyıq, heç vaxt bu bayrağın İslam Respublikasından alınmasına icazə verməməliyik.”
Sizin rəyiniz