8 mart 2024 at 17:52
Jurnalist kodu: 5487
Xəbər kodu: 85412142
T T
0 Persons

Tags

Kənani: Sionist rejimin Qadınların Vəziyyəti üzrə Komissiyadan çıxarılması qlobal tələbdir

Tehran – İRNA - Xarici İşlər Nazirliyinin sözçüsü Beynəlxalq Qadınlar Gününə işarə edərək deyib: Bu ilki Beynəlxalq Qadınlar Günü Fələstinin məsum qızlarına; aslan qadınlarına və analarına məxsusdur və qəddar İsrail rejiminin qlobal şəkildə qınanması üçün bir fürsət olmalıdır.

Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani virtual məkanda şəxsi səhifəsində yazıb: 8 Mart və Beynəlxalq Qadınlar Günü qadın hüquqlarını dəstəklədiyini iddia edən bəzi yalançıların gülünc və alçaldıcı bəyanatları üçün fürsətə çevrilməməlidir. Onlar qadınlara alət kimi baxaraq, onların insani, mədəni və sosial hüquqlarını pozmaqda qara iz buraxıblar.

O, sözlərinə belə davam etdi: Fələstində minlərlə günahsız qadın və uşağın vəhşicəsinə öldürülməsinə göz yuman, qadın və uşaqları vəhşicəsinə qətlə yetirən terror rejiminə dəstək verməyə davam edən bu yalançı iddiaçıların ikiüzlü yanaşması bütün dünya əhalisinə ifşa olaraq aşkara çıxıb.

Kənani bildirib: Builki Beynəlxalq Qadınlar Günü Fələstinin məsum qızlarına; aslan qadınlarına və analarına məxsusdur və qaniçən İsrail rejiminin qlobal şəkildə qınanması üçün bir fürsət olmalıdır.

Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib: Qəsbkar sionist rejimin minlərlə qadının qətlə yetirilməsi və mülki əhalinin, xüsusilə qadın və uşaqların mütəşəkkil formada aclıq tətbiq edilməsi nəticəsində bəşəriyyətə qarşı cinayətlər törətməsi və övladlarının tədricən ölümü ilə əlaqədar analara ağır ruhi və emosional iztirablar verməsi səbəbilə Qadınların Vəziyyəti üzrə Komissiyadan çıxarılması qlobal tələbdir.

0 Persons

Sizin rəyiniz

You are replying to: .