9 mart 2024 at 13:15
Jurnalist kodu: 5487
Xəbər kodu: 85412947
T T
0 Persons

Tags

İslami Cihad Hərəkatı: İşğalçılar özlərini Ramazan ayına hazırlasınlar

Tehran - İRNA - Fələstin İslami Cihad Hərəkatı müqavimət qüvvələrinin sionist mühacirlərin məskunlaşdığı Homeş qəsəbəsindəki əməliyyatlarını yüksək qiymətləndirərək bildirib ki, işğalçılar və onların havadarları özlərini müqəddəs Ramazan ayında baş verəcək hadisələrə hazırlamalıdırlar.

Fələstin İslami Cihad Hərəkatı yeddi sionist əsgərin yaralanması ilə nəticələnən “Homeş” qəhrəmanlıq əməliyyatı münasibəti ilə təbrik bəyanatında bu əməliyyatın İordan çayının qərb sahilində işğalçılara yeni zərbə olduğunu vurğulayıb.

Bəyanatda bildirilir: “İordan çayının qərb sahilinin azadlıqsevərləri sionist terror ordusunun əli ilə tökülmüş və tökülən qanların qisasını almaq üçün hücumlarını davam etdirirlər.”

İslami Cihad Hərəkatı işğalçılar və onların havadarlarının müqəddəs Ramazan ayında baş verəcək hadisələrə yaxşı hazırlaşmalı olduqlarını vurğulayıb.

Bundan əvvəl HƏMAS da bəyanat yayaraq bildirmişdi ki, Homeşdəki qəhrəmancasına əməliyyat müqavimət variantına vurğu və sionist düşmənin Qəzza və İordan çayının qərb sahilindəki cinayətlərinə və Məscidül-Əqsaya qarşı təhdidlərə təbii cavab idi.

0 Persons

Sizin rəyiniz

You are replying to: .