İran Mühərrik və Avadanlıq Mühəndisliyi və İstehsalat Şirkətinin (Mapnagroup) iranlı alimləri öz yerli imkanları ilə Mülki Aviasiya Təşkilatının 145-ci hissəsinə uyğun olaraq sıfırdan 100-ə qədər isti mühərrik hissələrini təmir etməyə müvəffəq olublar.
Şənbə günü Əlborz əyalətində yerləşən Payam Aviasiya Sənayesi Sərgisində Mapna Hava Mərkəzinin ehtiyyat hissələrinin təmiri üzrə mütəxəssislərdən biri olan Dr. Mehdi Əkbərifər jurnalistlərlə söhbətində mühərrikin təmiri sınağı xüsusi olaraq Airbus 320 və Boeing 737 sinif təyyarələrində quraşdırılan CFM56 mühərrikində aparıldığını söyləyərək əlavə etdi: Bu kompleksdə təmir proqramları həm mühərrik, həm də onun hissələri üzərində aparılır. Bundan əlavə, dizayn büromuz və istehsal departamentimiz də öz iş qrafiklərində hissələrin istehsalına da yer veriblər.
Sizin rəyiniz