İran, Çin və Rusiyanın birgə hərbi dəniz təlimlərində iştirak etmək üçün Çin və Rusiyanın hərbi dəniz qüvvələri ölkəmizin ərazi sularına daxil olub.
Bu təlimdə İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin üzmə və uçuş bölmələri, o cümlədən “Cəmaran”, “Dena”, “Bayandur” esminesləri, “Genave”, “Zareh”, “Sircan” gəmiləri, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələrinin “Şəhid Süleymani”, “Əbu Məhdi əl-Mühəndis”, “Şəhid Məhmudi” və “Tondər” gəmiləri, həmçinin bu gün İran İslam Respublikasının ərazi sularına daxil olmuş Çin və Rusiya hərbi dəniz qüvvələrinə aid gəmiləri iştirak edirlər.
Rusiya Federasiyasının hərbi-dəniz bölmələrinə “Varyaq” Qvardiya raket kreyseri, böyük sualtı qayıq əleyhinə "Marşal Şapoşnikov" gəmisi bir freqatla birlikdə, Çin Donanmasının iki döyüş gəmisi və bir təchizat gəmisi, həmçinin İran İslam Respublikasının donanmasının gəmiləri və helikopterləri də bu təlimdə iştirak edəcək.
Sizin rəyiniz