Jan Ming Şanxayda üzv ölkələrin səhiyyə nazirlərinin 7-ci iclasının açılışında deyib: “İranın üzvlüyü Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin 3 milyarddan çox əhalisinin sağlamlığının yaxşılaşdırılmasına kömək edə bilər.”
Jan Ming əlavə edib: “Şanxaya üzv ölkələrin əməkdaşlığı bu sammitin səhiyyə sektorunda məqsədlərinə nail olmaqda, o cümlədən bir çox yoluxucu və qeyri-infeksion xəstəliklərin qarşısının alınmasında təsirli ola bilər, təhlükəsiz və sağlam içməli su ilə təmin olunmasına kömək edə bilər.”
Builki sammitin mövzusu içməli suyun sağlamlığı və təhlükəsizliyi və kanalizasiya sularının utilizasiyası kimi vacib məsələsidir. Bu iclasda ŞƏT-in Hindistan, Çin, Rusiya, İran, Tacikistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Pakistandan olan 9 daimi üzvü nazir və ya nazir müavini səviyyəsində iştirak edir.
Sizin rəyiniz