18 mart 2024 at 14:27
Jurnalist kodu: 5487
Xəbər kodu: 85421921
T T
0 Persons

Tags

Şəfa xəstəxanasında 80 fələstinli həbs edilib - 30 min insanın həyatı risk altındadır

Tehran - İRNA - Sionist rejim ordusu Qəzzanın Şəfa xəstəxanasında 80 fələstinlini həbs etdiyini açıqlayıb.

Sionist rejim ordusu Şəfa xəstəxanasını tam nəzarətə götürdüyünü və 80 fələstinlini həbs etdiyini bildirib.

Məlumatlara görə, sionist rejim bu xəstəxananı və ətraf əraziləri 40 dəfə bombalayıb.

Fələstin mediası bu xəstəxanadakı mənbələrə istinadən xəbər verir ki, xəstəxanaya sığınan 30 000-dən çox məcburi köçkünün və 5 000-dən çox xəstə və yaralının həyatı bombalanmalar və elektrik enerjisinin kəsilməsi səbəbindən risk altındadır.

0 Persons

Sizin rəyiniz

You are replying to: .