Bu iclasda qondarma faktaraşdırıcı komitənin bəzi qərb ölkələrinin lobbiçilik və siyasi sazişləri nəticəsində yaradıldığını və onun hesabatının bu ölkələrin təzyiqi ilə yazıldığını bəyan edən Qəribabadi deyib: “Bu siyasi kampaniyada əsas rolu Almaniya hökuməti oynayır, halbuki, bu həmin hökumətdir ki, Səddam rejimini kimyəvi kütləvi qırğın silahları ilə təchiz etdi və bu silahların tətbiqi nəticəsində 13 mindən çox İran vətəndaşı şəhid oldu, 100 mindən çoxu isə yaralandı.”
İnsan Hüquqları Qərargahının katibi bəzi qərb ölkələrindən əsas asılılığına görə faktaraşdırıcı komitə adlanan qurumun minimum müstəqillik və qərəzsizlik səviyyəsindən məhrum olmasından təəssüfləndiyini ifadə edərək bildirib ki, qondarma faktaraşdırıcı komitənin hesabatının heç bir hüquqi əsası və etibarı yoxdur və İran İslam Respublikası isə bunu tamamilə rədd edir.
Qəribabadi: Faktaraşdırıcı komitənin hesabatının heç bir hüquqi əsası yoxdur
18 mart 2024 at 17:23
Xəbər kodu:
85422075
Tehran - İRNA - İran İnsan Haqları Qərargahının katibi BMT İnsan Haqları Şurasının faktaraşdırıcı qrupunun İran əleyhinə hesabatının hüquqi əsası olmadığını vurğulayaraq deyib: “Qondarma faktaraşdırıcı komitə bilərəkdən faktları əksinə cilvələndirib.”
Sizin rəyiniz