22 mart 2024 at 13:34
Jurnalist kodu: 5487
Xəbər kodu: 85424539
T T
0 Persons

Tags

İngiltərə və Avstraliya Qəzzədə müharibənin dərhal dayandırılmasına çağırıb

Tehran - İRNA - İngiltərə və Avstraliya sionist rejimin Qəzzəyə tətbiq etdiyi müharibənin dayandırılması üçün beynəlxalq tələblərlə yanaşı, onun dərhal dayandırılmasını tələb ediblər.

Qəzzənin cənubundakı Rəfəh şəhərinə hücum israrları səbəbindən sionist rejimə qarşı diplomatik təzyiqlər artdığı bir vaxtda, bu gün (cümə) İngiltərə və Avstraliya Qəzzədə müharibənin dərhal dayandırılmasının vacibliyini vurğulayıblar.

Avstraliyanın Adelaida şəhərində İngiltərə və Avstraliyanın xarici işlər və müdafiə nazirlərinin görüşündən sonra, hər iki tərəf yaydığı bəyanatda yardımın göstərilməsi və əsirlərin azad edilməsi üçün Qəzzada münaqişənin dərhal dayandırılmasının vacibliyini vurğulayıb.

Onlar həmçinin “İsrailin Rəfəhdə geniş hərbi əməliyyatının mülki əhali üçün potensial dağıdıcı nəticələrindən” ciddi narahat olduqlarını bildiriblər.

0 Persons

Sizin rəyiniz

You are replying to: .