“Avropa-Aralıq Dənizi” insan haqları mərkəzi Qəzza əhalisinin şokedici sözləri əsasında sionist rejimin fələstinlilərə qarşı cinayətlər, o cümlədən edamlarla bağlı hesabat sənədləşdirib.
Bu insan haqları mərkəzi vurğulayıb: “İsrail qüvvələri bir çox evləri sakinlərin bu evlərin içərisində olduğu halda yandırıb, sakinləri bu evlərdən çıxarmaq və ya yanğını söndürmək istəyən insanların yaxınlaşmasına mane olublar.”
HƏMAS bəyanat yayaraq bildirib: “İşğalçıların faşist döyüş maşınının Şəfa xəstəxanası və onun ətrafında yaratdığı insani fəlakətlə bağlı beynəlxalq sükutdan şiddətlə ikrah hissi keçirir.”
Qəzza şəhərinin qərbindəki Şəfa xəstəxanası ətrafındakı ərazilərin sakinləri bildiriblər ki, ötən bazar ertəsi səhər saatlarından bu xəstəxanaya hücum edən sionist rejim ordusu kişiləri kütləvi şəkildə həbs edir, qadın və uşaqları Qəzzanın cənubuna köçməyə məcbur edib, bu bölgədə cəhənnəm yaradıb.
Sizin rəyiniz