27 mart 2024 at 17:12
Jurnalist kodu: 5487
Xəbər kodu: 85428922
T T
0 Persons

Tags

Rəisi Həniyyə ilə görüşdə: Fələstin ideyasını dəstəkləməyə iftixar edirik

Tehran - İRNA - Prezident deyib: “İran İslam Respublikası Fələstin xalqının hüquqlarını müdafiə etməkdə israrlı olub və Fələstin ideyasına dəstək verməyimizə iftixar edirik.”

Ayətullah Seyid İbrahim Rəisi çərşənbə günü, günorta saatlarında Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) Siyasi Ofisinin rəhbəri İsmayıl Həniyyə və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə mübarək Ramazan ayı münasibəti ilə, həmçinin Qəzza xalqının qəsbkar sionist rejiminin siyasət və hədəflərinin məğlub edilməsində qələbə və böyük qəhrəmanlıq yaratmasını təbrik edərək deyib: “Həqiqətən də, bu gün Qəzzanın məzlum və qüdrətli xalqının şiddətli müqaviməti və dirənişi ilə Fələstin məsələsi İslam dünyasının hüdudlarından kənara çıxıb və insanlıq dünyasının məsələsinə çevrilib.”

Prezident əlavə edib: “Dünya xalqları cinayətkar sionist rejimə və onun əsas dəstəkçisi olan Amerikaya ürəkdən nifrət edir və Qəzzanın məzlum xalqını sevirlər.”

Prezident Fələstin müqavimət qüvvələrinin Əl-Əqsa Tufanı əməliyyatında böyük və şücaətli hərəkətinin unikal bir hadisə olduğunu və bu hadisənin sionist rejim üçün düzəlməz məğlubiyyət sayıldığını bəyan edərək deyib: “Bu gün bütün dünya xalqları üçün sübuta yetmiş məsələ Fələstin məsələsinin haqq olması və onun müdafiəçilərinin, o cümlədən İslam Respublikasının mövqeyidir ki, saxta və cinayətkar sionist rejimi regiondakı bütün təhlükənin kökü və sülhə zidd bir mövcud hesab edir.”

Ayətullah Rəisi daha sonra Amerika və sionist rejimin bölgədəki istənilən diplomatik fəaliyyətini aldadıcı hesab edib, bu gün bu cinayətkar rejimlə münasibətləri normallaşdırmaq istəyən ölkələrin öz xalqı qarşısında alçaldığını və utandığını bəyan edərək deyib: “Qəzzadakı son hadisələr uşaq öldürən sionist rejimi dəstəkləyən Amerika və bəzi Qərb ölkələri üçün daha bir böyük rüsvaylıq oldu, əslində Amerikanın və Qərbin əsl və görünməyən mahiyyətini və simasını dünya xalqlarına açdı.”

Bu görüşdə Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) Siyasi Ofisinin rəhbəri İsmayıl Həniyyə də Fələstin xalqının, Qəzza sakinlərinin və sionist rejimlə döyüş meydanında olan mücahidlərin salamlarını İran hökuməti və xalqına çatdırıb, İran İslam Respublikasının məzlum Fələstin xalqına dəstək səylərini yüksək qiymətləndirib, Fələstin məsələsinə dəstək verilməsinin dini və etiqadi baxışını İran İslam Respublikası rəsmilərinin köklü və dərin baxışının nəticəsi hesab edib.

HƏMAS Siyasi Ofisinin rəhbəri görüşün davamında Qəzzada baş verən hazırkı hadisələr və inkişaf perspektivləri barədə ətraflı məlumat verərək deyib: “Əl-Əqsa Tufanı əməliyyatı Fələstin xalqı üçün görünməmiş nailiyyətlər gətirdi.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .