28 mart 2024 at 14:49
Jurnalist kodu: 5487
Xəbər kodu: 85429554
T T
0 Persons

Tags

Əmir Abdullahiyan Türkmənistanın Milli lideri və Prezidenti ilə görüşdü

Tehran - İRNA - Türkmənistan rəsmilərinin dəvəti ilə Aşqabadda səfərdə olan İran İslam Respublikasının Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan ilk iş proqramında Türkmənistanın Ümummilli lideri, Xalq Məsləhlət Şurasının sədri Qurbanqulu Berdiməhəmmədovla görüşüb və müzakirə aparıb.

Bu görüşdən sonra Əmir Abdullahiyan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla da görüşüb.

Qarşılıqlı maraq doğuran məsələlər, xüsusilə də iqtisadi, ticarət, tranzit, enerji və terrorizmlə mübarizə məsələləri ən mühüm müzakirə mövzularından olub.

Əmir Abdullahiyan bu gün, günortadan sonra türkmənistanlı həmkarı Rəşid Meredovla da görüşəcək.

0 Persons

Sizin rəyiniz

You are replying to: .