30 mart 2024 at 12:54
Jurnalist kodu: 5487
Xəbər kodu: 85430795
T T
0 Persons

Tags

Sionist rejim ordusu iki fələstinli gənci vəhşicəsinə qətlə yetirdiyini etiraf edib

Tehran - İRNA - “Əl-Cəzirə” telekanalı görüntüləri yaydıqdan sonra sionist rejim ordusu iki fələstinli gənci vəhşicəsinə qətlə yetirdiyini etiraf edib.

Qəzzə zolağının şimalında iki fələstinli gəncin sionist rejimin PUA-sı tərəfindən şəhid edilməsinin görüntüləri yayıldıqdan sonra sionist rejim nəhayət, bu iki gənci öldürərək basdırdığını etiraf edib.

“CNN” telekanalı vurğulayıb ki, sionist rejim ordusu iki fələstinli gənci qətlə yetirdiyini və onları yükləyici ilə basdırdığını etiraf edib.

Sionist rejim ordusu bu iki gəncin bu rejimin əməliyyat bölgəsinə yaxınlaşdığını iddia edib.

İşğalçı ordu həmçinin bildirib ki, bu iki gənc fələstinlinin cəsədi onların partlayıcı maddə daşıya biləcəklərindən qorxduğu üçün basdırılıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .